Şagirdlərimiz "Sağlam həyat" günlərində iştirak etdi

09.04.2023-cü il tarixində şagirdlərimiz məktəbin idman rəhbəri Nicat Dadaşovun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Sağlam həyat" günlərində iştirak etdi. 

 

Şagirdlərimiz idman zonalarında qaçış, yerindən uzunluğa tullanma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və müxtəlif növlər üzrə idman normativlərini yerinə yetirərək müvafiq sertifikatlar alıblar.

 

Normativləri yerinə yetirən bütün şagirdlərimizə göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi