31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqırım bir millətin şüurlu şəkildə soyunun qırılması, məhvi deməkdir.Bu faciəli taleyi Azərbaycan xalqı 1918-ci ildə yaşadı. 31 Mart xalqımızın taleyinə yazılmış ən ağır günlərdən biri oldu. Martın 31-dən aprelin 2-ə qədər davam edən dəhşətli və kütləvi qırğında minlərlə günahsız insanlar erməni daşnaklarının məkrli siyasətinin qurbanı oldu. Minlərlə yaşayış məntəqəsi dağıdıldı, insanlar öz dədə-baba yurdlarından didərgin düşdülər. Bu dəhşətli  faciənin unudulmaması üçün məktəbimizdə Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib, ilk dərslər Soyqırım Gününə həsr olunub.Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuş, daha sonra müəllimlər soyqırımla bağlı şagirdlərə ətraflı məlumat vermiş, bununla bağlı müzakirələr aparılmışdır.Bundan əlavə, tarixi həqiqətlərin şagirdlərə çatdırılması, unudulmaması məqsədilə sənədli film nümayiş olunub. Filmin nümayişindən sonra məktəbin direktoru X.Haqverdiyevə, məktəbin fənn müəllimlərinə söz verilmiş, şagirdlərdə vətənpərvərlik hissinin formalaşması istiqamətində xüsusi söhbətlər aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi