Futbol yarışı keçirilib

Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır. 
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində, 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 

Məktəbin fiziki tərbiyə müəllimləri tərəfindən həftə ərzində şagirdlərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil olunacaqdır.

Həftənin proqramına uyğun olaraq bu gün məktəbin 7-8-ci sinifləri arasında futbol yarışı keçirildi. Maraqlıdı idman mübarizəsi şəraitində keçən yarışda 7a sinfi yarışın qalibi oldu. 7b sinfi II, 8a sinfi III yeri tutdu. Qaliblər kubok, medal və diplomlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi