"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi keçirilib

16.02.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi.

Məktəbin tarix müəllimi Nazim Əsədovun təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin məktəb mərhələsində iştirakçılar təqdim olunmuş mövzulardan biri əsasında təqdimatlarla çıxış etdilər.

İştirakçıların çıxışı münsiflər heyəti tərəfindən hər meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndirildi.

İlk mərhələdən uğurla keçən şagirdlər  “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsində məktəbi təmsil etmək hüququ qazanacaqlar. 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi