20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

19.01.2023-cü il tarixində 256 nömrəli məktəbin akt zalında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir baş tutub.Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş tədbirdə bu faciəvi günün tarixi ilə bağlı videoçarx təqdim olunmuş, şagirdlərin və müəllimlərin çıxışları dinlənilmişdir.Şagirdlər şeirlər səsləndirmiş, xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməzliyinin simvoluna çevrilmiş bu günün Azərbaycanın müstəqillik tarixindəki rolundan bəhs edilmişdir.Tədbirdəki çıxışlarda bugünkü müstəqilliyimizin carçıları olan şəhidlərimiz qürurla yad edilmiş, müstəqilliyimizin əbədi olduğu vurğulanmışdır.Vətən sevgisini öz canından üstün tutan, bugünkü gəncliyə öz qəhrəmanlıqları ilə vətən sevgisini aşılayan bütün şəhidlərimizə Allah rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi