Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilib

12.12.2022-ci il tarixində Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masa məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədovanın təşkilatçılığı ilə baş tutub. Öncə Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ömrünü xalqının rifahına həsr etmiş dahi öndər Heydər Əliyevin həyat yolu və misilsiz xidmətləri haqqında danışılıb, onun xalqına sonsuz məhəbbətindən söz açılıb. Dəyirmi masa iştirakçılarının Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çıxışları dinlənilib, həyat yolu haqında videotəqdimat edilib. Sonda məktəbin direktoru Xeyrulla Haqverdiyev və Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədova çıxış edərək Heydər Əliyevin xalqımızın taleyində müstəsna rolu olduğunu qeyd etmiş, ideyalarının Azərbaycanın bu günü və gələcəyi üçün tükənməz mənbə olduğunu qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi