Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş xüsusi dərs keçirilib

12.12.2022-ci il tarixində məktəbin tarix müəllimi Nazim Əsədovun təşkilatçılığı və VIII, IX siniflərin iştirakı ilə Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş xüsusi dərs keçirildi. Dərsin başlanğıcında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Daha sonra çıxış edən Məktəbin tarix müəllimi Nazim Əsədov Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixindəki müstəsna xidmətlərindən bəhs etdi. 

Sonda çıxış edən məktəbin direktoru Xeyrulla Haqverdiyev qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi