8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

N.Sərxanov adına 256 nömrəli tam orta məktəbin UBTR Əminə Cəfərovanın və fənn müəllimlərinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Öncə məktəbin tarix müəllimi Nazim Əsədov danışdı. O, 44 günlük Vətən müharibəsində mərd oğulların göstərdiyi şücaətdən, bir-birinin ardınca işğaldan azad etdiyimiz torpaqlardan, ən sonda Qarabağın incisi sayılan Şuşanın azad edilməsi ilə tarixi qələbəni qazanmağımızdan danışdı. Daha sonra qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi, rəqslər göstərildi.Tədbirə dəvət olunmuş 2-ci Qarabağ müharibəsi şəhidi Mirzə Axundovun qızı Zərifə Axundzadənin səsləndirdiyi şeir şəhid qızının kövrək duyğularının carçısı oldu. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədovanın 8 A sinfi ilə təşkil etdiyi E.Zeynalovun "Oğru" əsəri səhnələşdirildi. Məktəbin xor dərnəyinin rəhbəri, musiqi müəllimi Elminaz Mahmudovanın şagirdlərlə birgə ifa etdiyi "Vətəndən pay olmayır" mahnısı alqışlarla müşayiət edildi. Sonda məktəbin direktoru Xeyrulla Haqverdiyev Zəfər Günü münasibətilə təşkil olunmuş inşa müsabiqəsinin qaliblərini diplomlarla mükafatlandırdı, Zərifə Axundzadəni xatirə kitabı və fəxri fərmanla təltif etdi. Ən sonda Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, tədbir təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi