"Ayın oxucusu" müsabiqəsi keçirilib

İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır.

 

Şagirdlərdə mütaliə vərdişlərinin inkişafı üçün məktəbdə təşkil olunan "Ayın oxucusu" müsabiqəsinin ilk mərhələsi keçirilmişdir. Təlimata əsasən müsabiqə iki sinif qrupları üzrə keçirilir; 1-4, 5-11.

Hər ayın sonu ötən ay ərzində məktəb kitabxanasından daha çox istifadə edib mütaliə edən şagirdlərlə müsahibə aparılır. Onların oxuduqları kitab haqqında təəssüratları öyrənilir və oxuduqları əsərlər təhlil olunur. Sonda ümumi müzakirə ilə ayın qalibləri müəyyən olunaraq təltifnamələrlə mükafatlandırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi