“Son Zəng”

İyunun 14-də məktəbdə dərs ilinin bitməsi ilə əlaqədar “Son zəng” tədbiri keçirildi. 11-cilər musiqi sədaları altında həyətə çıxaraq düzüldülər. Dövlət himni səsləndirildi, Azərbaycan bayrağı qaldırıldı. Məktəbin direktoru F.Həmzəyev 11-ciləri məktəbi bitirməkləri münasibəti ilə təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Əmin olduğunu bildirdi ki, onların hər biri Azərbaycan xalqına layiqli övlad olacaqlar. 11-cilərin sinif rəhbərləri, fənn müəllimləri, valdiyenləri onları təbrik etdilər. Məzunlarda öz növbəsində çıxış edərək müəllimlərə çəkdikləri əziyyətlərə görə minnətdarlıqlarını bildirdilər. Təhsildə fərqlənən məzunlara fəxri fərmanlar verildi. Balacalar da 11-ciləri öz şeirləri və rəqs nümunələri ilə təbrik etdilər. “Son zəng” çalınandan sonra tədbir 11-cilərin musiqi nömrələri ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi