1iyun-Uşaqların Beynəlxalq müdafiəsi günü

Kitabxananın təşkilatçılığı, ibtidai siniflərin iştirakı ilə 30.05.2025-ci il tarixdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözləri ilə kitabxana müdiri Mehparə Əsədova açdı. Uşaqların, vətənimizin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı bu günün qeyd olunması tarixi barədə danışıldı, uşaq hüquqları məktəblilərin dili ilə səsləndirildi. Şagirdlər mahnı oxudular, rəqs etdilər, şeir söylədilər.
Kitabxana müdiri: Mehparə Əsədova
İbtidai sinif müəllimləri: Mirzəliyeva Nərgiz, Məmmədova Xuraman, Musurzayeva Esmira, Məmmədova Gülüstan, Balaağayeva Nailə, Əliyeva Arzu