Son zəng

14.06.2024 - cü il tarixində məktəbdə "Son zəng" tədbiri təşkil olunmuş, müəllim-şagird kollektivi, valideynlər iştirak etmişdir.İlk növbədə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Feruz Həmzəyev rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışmışdır.Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildirmişlər.Həmçinin şagirdlərin yüksək akademik bilik və bacarıqlara yiyələnməsində göstərdiyi səylərə,təlim - tərbiyə prosesində fəal iştirakına görə bir qrup müəllimlərə və müxtəlif idman yarışlarında qələbə qazanmış, ictimai fəallığı ilə fərqlənmiş bir qrup şagird Fəxri Fərmanla təltif edilmişdir.Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi