Muzey Mərkəzinə ekskursiya

18 may 2024-cü il tarixdə kitabxananın təşkilatçılığı ilə  7c sinif şagirdlərinin Muzey Mərkəzinə ekskursiyası təşkil edildi. Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi yerləşir.Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bələdçisi Sevinc Şirinli şagirdləri muzeydə toplanan eksponatlarla tanış etdi.Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Azərbaycanın istiqlal tarixi və onların muzeydə əksi barədə informasiya verdi.Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi işçisi Türkan Musayeva  Azərbaycanın görkəmli yazıçısı,  drammaturqu, şairi Cəfər Cabbarlının həyatı, yaradıcılığı, ev muzeyində saxlanılan əşyalar barədə ətraflı məlumat verdi. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.

Kitabxana müdiri: Mehparə Əsədova
Müəllim: Sevinc  Aləmmədova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi