Oxu günü 3c

30 aprel 2024-cü il tarixdə kitabxananın təşkilatçılığı ilə keçirilən "Oxu günü"ndə 3c sinif şagirdləri iştirak etdilər. Şagirdlər komandalara ayrıldılar. Hər komanda rəhbəri bir nağıl kitabı oxudu,  komandanın üzvləri nağıl əsasında suallar tərtib edərək digər komandaya ünvanladılar. “Bayraqlar” komandası tərəfindən “İki ayı balası”, “İgidlər” komandası tərəfindən “Şir və siçan” nağılı oxundu. Şagirdlər bir-birini sual-cavab edərək, nağılı təhlil etdilər. Nağılların müzakirəsi zamanı bütün şagirdlər fəal iştirak etdilər.
Kitabxana müdiri: Mehparə Əsədova
Sinif rəhbəri: Zeynəb Mustafayeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi