Mülki Müdafiə üzrə təşkil edilən tədbirlər

Aprelin 22 -də "Mülki-müdafiə II,V və VI sinif tədbirləri planı"na uyğun olaraq 254 nömrəli məktəbdə Mülki müdafiə gününə həsr olunmuş silsilə tədbir keçirilib.Məktəblilərin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması məqsədini daşıuan tədbirdə fövqaladə hal anlayışı, mülki müdafiə, texnogen və fövqaladə qəzalar, yanğın ,partlayış, zəhərlənmə təhlükəsindən mühafizə barədə geniş məlumat verilib.Tədbirdə məktəbin qərərah rəhbəri A.Musayev, Kimya müəllimi Ş.İmanova, Hərbi rəhbər F.Ağayev , Sinif rəhbəri K.Ziyafət, Ə.Gülsabah, Ə.Əmiraslanova iştirak ediblər.Məktəb kollektivi əvvəlcə Azərbaycanın müstəqilliyi və suverənliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edublər. Daha sonra məktəbin Hərbi rəhbəri F.Ağayev bildirib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək , məktəblilərə ba. verə biləcək təbii fəlakət , yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasını öyrətməkdir. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2005 - ci il dekabırın 16 -da ölkə ərazisində bütün fövqəladə halların aradan qaldırılması və xilasetmə tədbirlərinin uğurla həyata keçirir. Bu yaxınlarda Qardaş Türkiyə Respublikasında 6 fevral 2023 -cü ildə, 7-8 bal gücündə böyük insan tələfatına səbəb olan zəlzələdə ölənlərin sayı 50, 132nəfər, xəsarət alanların sayı 120.000 nəfərdir. FHN - nin əməkdaşaları xilasetmə tədbirlərinin həyata keçirilməsi və fəsadlarının aradan qaldırılması içində fəal iştirakediblər.Sonra məktəblilərin ldə etdiyi bilik və bacarıqlar praktiki olaraq xəbərdarlıq siqnalı ilə yoxlanılıb.Sinif otağında şərti olaraq yaradılmış zəlzələ hadisəsinə aktiv reaksiyaları öyrənilib, hadisə nəticəsində xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların xilasedicilərin köməyiilə hadisə yerindən çıxarılması nümayış olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi