Xocalı faciəsi

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, toprağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə 2024 - cü il fevralın 26-da ilk dərs saatı Xocalı faciəsinə həsr olunmuşdur. Qeyd olunmuşdur ki, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi