Pedoqoji Şura iclası keçirildi

01.02.2024 - cü il tarixdə məktəbin Pedoqoji Şurasının növbəti iclası keçirildi. İclasda I yarımil üzrə yekun hesabatlar , gündəlikdə duran məsələlər , növbəti yarımil üçün nəzərdə tutulan fəaliyyətlər müəllimlərin diqqətinə çatdırıldı. Eyni zamanda məktəbdə şagirdlərin təhlükəsizliyi üçün əlverişli mühitin təmin olunması ilə əlaqədar məsələ müzakirə olundu. Qeyd olundu ki, pedoqoji heyət və bütövlükdə cəmiyyət şagirdlərin təhsil alması üçün onlara təhlükəsiz , əlverişli və sağlam mənəvi - psixoloji mühitin təmin olunmasına borcludur və məktəb kollektivi fəaliyyətini bu istiqamətdə qurmalıdır. Normal təhsil mühitinin yaradılması şagirdlərin , müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini həm fiziki, həm psixoloji və həm də sosial baxımdan təhlükəsiz və rahat hiss etmələrini özündə ehtiva edir. Buna görə də ilk növbədə, qeyd olunan qruplar arasında münasibətlərin bir - birinə inam və hörmət əsasında düzgün formalaşmasına nail olunmalıdır. Məktəbdə təhlükəsiz təhsil mühitinin təmin olunmasına kompleks yanaşılmalıdır. 

   Pedoqoji şura məktəbdə təhlükəsiz, sağlam mənəvi - psixoloji mühitin formalaşması və daim nəzarətdə saxlanması istiqamətində müvafiq qərarlar qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi