“Kiçik Akademiyanın Elm olimpiadası” mövzusunda tədbir keçirilib

       Məktəbin şagirdləri dərsdənkənar tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə də “Kiçik Akademiya”nın  fəaliyyətini  qeyd etməliyik. Mayın 12-də Nizami rayonu 129 nömrəli tam orta məktəbdə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə Elm olimpiadası keçirilib. Məktəbin 8 ”A” sinfinin şagirdi Həsənli Xəzər təmsil etmişdir. Birinci mərhələdə şagirdlərə kimya, fizika və biologiya fənlərindən test tapşırıqları təqdim olunmuşdur. Sonra iştirakçılar Kiçik Akademiyanın gələcək planlarını və işlərini müzakirə ediblər.  Bundan sonrakı mərhələdə qruplarda olan iştirakçılar özlərinin bacarıqlarını  münsiflər heyətinə nümayiş ediblər. Tədbirin sonunda şagirdimiz Xəzərə mükafat təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi