Kiçik Akademiya

“Kiçik Akademiya”nın məktəblərarası elmi konfrans keçirilibMəktəbin şagirdləri “Kiçik Akademiya”nın tədbirlərində fəal iştiraklarını davam etdirirlər. Mayın 23-də Nizami rayonu 129 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın üzvləri ilə məktəblərarası elmi konfrans keçirilib. Məktəbin 10 ”D” sinfin şagirdləri Əliyeva Fidan və Səfizadə Ayla “Gələcəyin qenimodifikasiya olunmuş qidaları“ mövzu ilə çıxış etdilər.

Ətraflı

“Kiçik Akademiyanın Elm olimpiadası” mövzusunda tədbir keçirilib       Məktəbin şagirdləri dərsdənkənar tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə də “Kiçik Akademiya”nın  fəaliyyətini  qeyd etməliyik. Mayın 12-də Nizami rayonu 129 nömrəli tam orta məktəbdə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə Elm olimpiadası keçirilib. Məktəbin 8 ”A” sinfinin şagirdi Həsənli Xəzər təmsil etmişdir. Birinci mərhələdə şagirdlərə kimya, fizika və biologiya fənlərindən test tapşırıqları təqdim olunmuşdur. Sonra iştirakçılar Kiçik Akademiyanın gələcək planlarını və işlərini müzakirə ediblər.  Bundan sonrakı mərhələdə qruplarda olan iştirakçılar özlərinin bacarıqlarını  münsiflər heyətinə nümayiş ediblər. Tədbirin sonunda şagirdimiz Xəzərə mükafat təqdim olunub.

Ətraflı

“COGRAFİYA İNSAN AGLININ BƏZƏYİDİR!” adı altında lahiyəGünümüzdə Kiçik Akademiyanın fəaliyyəti və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi bu gün xüsusilə nəzərə çarpır. Məktəbimizdə bu sahadə aparılan bütün işlərin şagirdlərin yetişməsində və onlarin əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyəti var. Məktəbimizin 6-8 ci sinif şagirdləri “COGRAFİYA İNSAN AGLININ BƏZƏYİDİR!” adı altında lahiyə üzərində axtarış və araşdırmaya başladılar . Mövzular müxtəlif və seçim sərbəst idi. Bu yolda uşaqlar qruplara bölünüb, çox böyük maraq və həvəslə işləməyə başladılar. Mənali və yüksək səviyyədə təqdimat və hər mövzuya uygun çox gözəl maketlər hazırladılar. Bu işdə şagirdlərin dünyagörüşləri, ictimai fəallıqları, özfəaliyyət və təşkilatçılıqları qabiliyyətləri və bacarıqları formalaşır.

Ətraflı

“TEKNOFESTBakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında şagirdlərimizin yüksək səviyyədə iştirakı olmuşdur. Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. Məktəbimizin 2 komandası LetsMETA və 3 D Şuşa komandalari istirak edib. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub. Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı baş tutub. Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanmışdı. Şagirdlərimizi və məktəbimizi bu möhtəşəm festivalın final turunda iştirak etdiklərinə görə ürəkdən təbrik edirik !

Ətraflı

Kiçik AkademiyaMəktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiya şagirdləri elmi-tədqiqat işinə yönəldir və təhsilin layihə istiqamətində fəaliyyətinə şərait yaradır. Hər bir şagirdin marağına uyğun elmi-tədqiqat işini təşkil etmək üçün ayrı-ayrı bölmələrdə müəllim və şagirdlər komandalarla işləmək imkanı əldə edirlər. Kiçik Akademiyada şagirdlərin layihələri bir çox yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmışlar. Kiçik Akademiya çərçivəsində məkəbin coğrafiya müəllimi Şəhla Gözəlbəyli, bilologiya müəllimi Afət Cəfərova, Günel Səfərovanın şagirdləri ilə elmi layihələr hazırlamışlar. https://www.youtube.com/watch?v=GqjnWvzLKFw&t=4s

Ətraflı
HAQQIMIZDA

   251 nömrəli tam orta məktəb 1 sentyabr 1974-c&uum...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Babayeva Abdühəsən

Orxan Daşdəmirli Hacıbala

HAQQIMIZDA

   251 nömrəli tam orta məktəb 1 sentyabr 1974-c&uum...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Babayeva Abdühəsən

Orxan Daşdəmirli Hacıbala

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi