“TEKNOFEST

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında şagirdlərimizin yüksək səviyyədə iştirakı olmuşdur. Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. Məktəbimizin 2 komandası LetsMETA və 3 D Şuşa komandalari istirak edib. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub. Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı baş tutub. Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanmışdı. Şagirdlərimizi və məktəbimizi bu möhtəşəm festivalın final turunda iştirak etdiklərinə görə ürəkdən təbrik edirik !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi