HAQQIMIZDA

   251 nömrəli tam orta məktəb 1 sentyabr 1974-cü ildə rus bölməsi ilə fəaliyyətə başlamışdır. 1991-ci ildən başlayaraq məktəbdə rus bölməsi ilə yanaşı, azərbaycan bölməsi də fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəbimizdə 2151  şagirdin təlim – tərbiyəsi ilə 104 qadın, 10 kişi olmaqla 114 müəllim məşğul olur. Məktəbimizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş, “İlin peşakar gənci” medalı, döş nişanı ilə təltif olunmuş, 2 fəlsəfə elmlər doktoru və 1 doktorant müəllimimiz var. Məktəb daxilində keçirilən tədbirdə fərqləndiyinə görə 3 müəllimimiz "Fəxri Fərman" ilə təltif olunmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin pedaqoji kollektivinin hər bir üzvü ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq təlimlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, nümunəvi dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhəri üzrə yüksək bal toplayan məzunlarımız olmuşdur. Onlardan 1 nəfər qızıl medala, 3 nəfər gümüş medala layiq görülmüşlər. Respubilka üzrə ən yaxşı videoresurs müsabiqəsində “Kompüterin işə salınması” mövzusunda 2-ci yer (2013); 2016-2017-ci tədris ilində İnformatrix Beynəlxalq Olimpiyada 3-cü yer və burunc medal; 2018–ci il  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar Qrant Müsabiqəsi qalibi Arduino Azərbaycan layihəsinin qalibi; 2019–cu il şagirdləri Rəqəmsal Bacarıqlar lahiyəsində beynəlxaq yarışda müxtəlif yerləri tutub; 2022-ci ildə şagirdləri STEAM beynəlxalq informatika olimpiadasında (Almaniya,Fransa) müxtəlif yerlər tutmuş; 2023-cü il FLL robototexnika yarışında Respubilka üzrə 1-ci yerə layiq görülmüşdür; 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmışdır. Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetləri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb otağı və hərbi kabinet şagirdlərin istifadəsinə verilmişdir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin yeni korpusunun açılışında iştirak etmişdir. Məktəbin yeni korpusu 840 şagirdlikdir. Burada 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bundan əlavə kimya, fizika, biologiya labaratoriyaları da mövcuddur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi