Şüşə qabları istehsal olunan zavoda ekskursiya

    Yuxarı sinif şagirdləri kimya müəllimləri ilə birgə  “ASPİ GLASS” MMC müəssisəsinin təşkilatçılığı ilə şüşə qabların istehsalı məqsədi ilə 2008-ci ildə təsis edilmiş zavodda oldular. Zavodun baş mühəndisi  şəffaf şüşədən yüksək keyfiyyətli məhsul istehsal edən müəssisə ilə şagirdləri yaxından tanış etdi. Müəssisədə şüşə banka və butulkaların 100-dən çox modeldə istehsalı təşkil olunmuşdur. Müxtəlif həcmli və orijinal konfiqurasiyalı şüşə qabların istehsalı zamanı seksion maşınlarla təchiz edilmiş sexlərlə, şüşə istehsalında istifadə edilən xammalarla tanışlıq şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi