"Qaraca qız" əsərinin müzakirəsi

 

     Süleyman Sani Axundovun "Qaraca qız" əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir.”Milli mənəvi dəyərlərimiz” devizi ilə keçirilən tədbirlər planına əsasən  aprelin 16-də 5d sinfində  Azərbaycan dili və ədəbiyyat müəllimi Ç.Həmidovanın rəhbərliyi ilə “Qaraca qız” hekayəsinin müzakirəsi keçirildi.

     Şagirdlər  əsərdəki obrazları mənfi və müsbət olmaqla iki yerə bölərək  hadisələrə münasibət bildirdilər, obrazlar  haqqında fikirlərini söylədilər.Müzakirələrdə  filmdən fraqmentlər nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi