Leyli və Məcnun poemasını indiki gənclərimizə oxumaq lazımdırmı? mövzusunda debat

        Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  Sərəncamına əsasən aprel ayı ərzində məktəb-liseydə silsilə tədbirlər keçirildi.

 X sinif şagirdlərinin, Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Yusifovanın təşkilatçılığı ilə «Leyli və Məcnun poemasını indiki gənclərimizə oxumaq lazımdırmı?» mövzusunda debat keçirildi.

        Debatda  şagirdlərin bir qismi texnologiyanın inkişaf etdiyi əsrdə " indiki gənclərin həmin əsəri oxumağa ehtiyac yoxdur" fikrini irəli sürdülər. Bir qismi isə "bütün dövrlər üçün aktual olan şəxsiyyət və mənəvi azadlıq, qadın huquqsuzluğu problemi, həqiqi məhəbbət vasitəsilə insanın kamilləşməsi ideyası təbliğ olunduğuna görə əsəri mütaliə etmək lazımdır " fikrini təsdiqlədilər.

      Sonda şagirdlər ümumi nəticəyə  gəldilər ki, Məhəmməd Füzuli XVI əsrdə yaşayıb yaratsa da, onun ədəbi-bədii irsi bütün dövrlər üçün aktualdır, dərindən öyrənilməsi insanı kamilləşdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi