“Açıq qapı” günü

       Fevralın 16-da məktəb üzrə I yarımilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş valideyn iclası keçirildi. Məktəb rəhbərliyi ilə yanaşı ayrı – ayrı fənn müəllimlərinin də iştirak etdiyi valideyn iclaslarında valideyn məktəb  əməkdaşlığının gücləndirilməsi, övladlarının təlim  nailiyyətləri, eləcə də ümumi təhsildə qiymətləndirmə ilə bağlı yeniliklər haqqında onlara məlumatlar verildi, valideynlər şagirdlərin I yarımil nəticələri ilə tanış oldular.

      I yarımildə zəif nəticə göstərən şagirdlərin təlim keyfiyyətinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbət aparıldı. Şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili nizam – intizam qaydalarına əməl edilməsi müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi