Qarabağ qaziləri ilə bir gün

      Dekabrın 13-də “Təhsildə keyfiyyət ili” ilə bağlı prioritet fəaliyyət istiqamətlərindən olan “Unutsaq unudularıq!” başlığı üzrə torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş Qarabağ qaziləri ilə şagirdlərin görüşü keçirildi. “Qarabağ qaziləri ilə bir gün” tədbirində Qarabağ uğrunda gedən qanlı döyüşlərin iştirakçısı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Qarabağ qaziləri Kamil Musəvi,Cumayeva Rüxsarə, Əliyeva Solmaz, pedaqoji kollektiv, şagirdlər, valideynlər iştirak etdilər.

   Tədbirdə qonaqlar “Ən böyük əsgər, bizim əsgəri!” şüarı ilə qarşılandı. Sonra Azərbaycan Dövlət himni oxundu, vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olundu, şeirlər söylənildi, mahnilar ifa etdildi, erməni yağılarının törətdikləri misligörünməmiş vəhşiliklər səhnəciklərdə canlandırıldı.

    Yuxarı sinif şagirdləri GCQH dərsində öyrəndikləri hərbi sirləri praktik nümayiş etdirdilər. Təlim silahını müəyyən vaxt çərçivəsində söküb yığdılar. Hərbi rəhbərin təlimatı ilə şərti olaraq təntənəli surətdə hərbi andı qəbul etdilər. Şagirdlərimiz bu bacarıqları ilə həqiqi hərbi xidmətə hazır olduqlarını göstərdilər.

    İdmançı şagirdlərimizin isə səhnədə göstərdikləri bir-birindən maraqlı fəndlərləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin ədəbi hissəsində Qarabağ uğrunda gedən qanlı döyüşlərin iştirakçısı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas çıxış edərək Qarabağ uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığından danışdı, şəxsən iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü və ötən ilin aprel ayında ordumuzun hərb tariximizə şanlı səhifə yazdığını qeyd etdi.

    Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş qazi Kamil Musəvi öz döyüş yolundan danışdı, gənclərin qarşısında çox çətin və şərəfli bir vəzifənin dayandığını söylədi, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladı.

   Tədbirin sonunda məktəbin direktoru A.Bayramova çıxış edərək qonaqlara təşəkkürünü bildirdi, torpaqlarımız uğrunda şəhid və qazi olmuş vətən oğullarımızın və qızlarımızın həyat yolunun hər bir Azərbaycan vətəndaşına örnək olduğunu vurğuladı. Tədbirdən sonra şagirdlər qaziləri coşğu ilə əhatəyə aldılar, suallar verdilər, avtoqraf aldılar, xatirə şəkli çəkdirdilər.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən qazilərlə göruş xatirələrdə əbədi qalmaqla yanaşı, onların keçdiyi qəhrəmanlıq yolunu öz dillərindən eşitmək yeniyetmələr arasında vətənpərvərlik hisslərinin daha da yüksəldir, işğal altında olan torpaqlarımızın azad edilməsində onları mənəvi və psixoloji cəhətdən hazırlanmaları üçün bir zəmin yaradır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi