Vətəni qorumaq peşəsi ən şərəfli peşədir!

    Şagirdlərin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilməsi, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək olmaq məqsədilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı  F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova, Hərbi rəhbər R.Şamidov   IX sinifdə oxuyan şagirdlərlə görüş təşkil etdi.

   Söylənildi ki,ixtisas seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Hər bir insan gələcək həyatını, məqsədini müəyyənləşdirərkən seçdiyi   peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi daşımır, ən əhəmiyyətlisi özünü ifadə etməkdir.Şagirdlərlə “Mən kim olmalıyam?” sualına birlikdə cavab axtarıldı.

   Sonra şagirdlərə C.Naxçıvanski adına hərbi məktəbə qəbul qaydaları haqqında  ətraflı məlumat verildi. Məktəbin  məişət şəraitindən, şagirdlərin  sosial təminatından  danışıldı. Məktəb haqqında  videoçarx nümayiş etdirildi.

   Hərbi rəhbər R.Şamidov  hərbi  peşənin  müqəddəsliyindən,şərəf və məsuliyyətindən danışdı.

Söylədi ki,hər kəs öz seçdiyi peşəsi ilə Vətənə xidmət edir. Lakin bütün peşələrin fövqündə dayanan bir peşə var ki, bu, Vətəni qorumaq peşəsidir.

     Sonda ordumuzun memarı və qurucusu ulu öndər Heydər Əliyevin  müdrik kəlamı şagirdlərin diqqətinə catdırıldı:“Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir!”.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi