Ətraf mühitin mühafizəsi və qorunması ilə əlaqədar nümunəvi dərs  keçirildi

05.04.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ili «Yaşıl Dünya naminə Həmrəylik İli»  elan edilməsi Sərəncamı ilə bağlı dahi Azərbaycan şairi Nizami Gəncəvi və digər şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi ilə əlaqədar 8f sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi  Səmayə Əlizadənin  rəhbərliyi ilə nümunəvi dərs  keçirildi.

 İlk növbədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Nizami Gəncəvinin ətraf mühit və təbiət haqqında fikirləri şagirdlərin nəzərinə çatdırıldı. Qeyd olundu ki, Nizaminin təbiətlə bağlı fikirləri çağdaş ekologiya elmi üçün böyük faydası var.

 Daha sonra şagirdlərin  digər şair və mütəfəkkirlərinin ətraf mühitin mühafizəsi və təbiətin qorunması ilə bağlı təqdimatları,  şeirləri dinlənildi. Sonda ümumiləşdirmə aparılaraq ətraf mühitin mühafizəsi və qorunması ilə əlaqədar  fikirlər bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi