Tullantıları hədiyyələrə dəyiş

    “Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalında iştirak edən şagirdlərimiz  plastik butulka, şüşə  banka və işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə etdilər.

 Şagirdlər əldə etdikləri ağac tinglərini böyük həvəslə məktəbyanı sahədə əkdilər. Digər ağacların da  dibini yumşaltdılar,su verdilər.

  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir

tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi