IX sinif şagirdləri ilə görüş

    Aprelin 1-də  IX sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru E.Həşimov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı  F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova iştirak etdi.

    Göruşdə DİM tərəfindən aprelin 7-də   keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərimizə psixoloji dəstək verildi. TDM tərəfindən təqdim olunan  elektron təqdimat nümayiş etdirildi.  İmtahanqabağı stresin, depressiya və yorğunluğun şagirdlərin üzləşdiyi əsas problemlərdən olunduğu vurğulandı. İmtahan həyəcanının orqanizmdə yaratdığı psixoloji və fizioloji əlamətlərə toxunuldu.İmtahan həyacanı zamanı  istifadə olunan psixoloji texnikalar təqdim olundu.

     Məktəb-liseyin direktoru E.Həşimov şagirdlərə  imtahana buraxılış vərəqini təqdim etdi və uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi