Şagirdlər Neon Sənət muzeyində oldular

Şagirdlərin  asudə vaxtının səmərəli təşkili məqsədilə bayram günlərində 4ç və 4e sinifləri sinif müəllimi Z.Məmmədova və Y.Əsgərovanın təşkilatçılığı ilə  Neon Sənət Muzeyində oldular. Muzey bələdçisi  şagirdləri müzeylə tanış etdi, döşəmədən tavana kimi bütün səthlərdə  ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlər  haqqında məlumat verdi. Söylədi ki,muzeydə normal və flüoresan rənglərin kombinasiyalarından istifadə edilmişdir ki, bu rənglər  işıq olmadıqda da  “işləyir” və qaranlıqda heyrətamiz parıltı effekti yaradır.

    Şagirdlər master klassda iştirak etdilər,neon boyalardan istifadə edərək şəkilləri rənglədilər.Ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirindən  parıltı illüziya  və 3D effekti sayəsində canlanan şəkillər şagirdlərin çox marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi