Yurdumuza yaz gəlir

   Martın 17-də  əsrlərin sınağından çıxmış,mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı 3a sinfində böyük coşqu və sevinclə qeyd edildi.Sinif müəllimi Pərvanə Absalamovanın təşkilatçılığı ilə keçirilən tədbirdə  Novruz bayramının tarixindən, su, od, yel və  torpaq  çərşənbələrindən  danışıldı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulandı. Söylənildi ki,bu il Novruz ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində qeyd olunur.

   Milli geyimli  şagirdlərin ifasında rəqslər, mahnılar,xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə rəngarənglik qatdı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi