Kiçik Akademiyanın (KA-nın)  Kimya və Biologiya bölmələrinin təqdimatı oldu

      06.03.2024 tarixində Kiçik Akademiyanın (KA-nın)  Kimya və Biologiya bölmələrinin təqdimatı oldu.  Təqdimatda 246 №-li məktəb-liseyin direktoru E.Həşimov, KA-nın rəhbəri Ş.Qaffarova ,Kimya və Biologiya bölmələrinin rəhbərləri və KA-nın fəal üzvləri iştirak etdilər. KA-nın rəhbəri Ş.Qaffarova çıxışında elmi-təqiqat fəaliyyətinə meyilli şagirdlərin əhatə dairəsinin daha da genişləndiyini xüsusilə qeyd etdi.

    Təqdimatda 9L sinif şagirdi M.Gülər “Neft və onun ətraf mühitə təsiri”,9A sinif şagirdi P.Ənvər “Elektrokimya” 8E sinif şagirdi T.Zeynəb “Tardigrat”, 8E sinif şagirdi M. Ömər  “Marsda oksigen yaratmaq”, 8E sinif şagirdləri H.Bətul və M. Nəzrin  “Havanın çirklənməsi”, 8Ç sinif şagirdləri İ.Gülay və X.Aydan  “Qohumlararası nikah və onun fəsadları” mövzusunda çıxış etdilər.

    Təqdimatın sonunda məktəbin direktoru E.Həşimov çıxış edərək şagirdlərin təqdimatlarını yüksək qiymətləndirdi və onlara elmi-fəaliyyətlərini daha da dərinləşdirmələrini tövsiyə edərək şagirdlərə məsləhətlər verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi