Bullinqə son!

     Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı,məktəb psixoloqu,UBTR,məktəb kitabxanaçıları ilə birgə V-VI və VII siniflərdə" Bullinqə son! “ mövzusunda   maarifləndirici seminarlar  keçirildi.

    Seminarlarda  bullinqin (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış olduğu söylənildi. Bullinqin (zorakılığın)  növləri- kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq haqqında məlumat verildi.

   Seminarlarda həmçinin mövzu ilə bağlı kitabxana fonduna daxil olan  kitabların təqdimatı keçirildi. Əsərlərdəki  qəhrəmanların  bullinqə məruz qalması və  mübarizəsi şagirdlərin diqqətinə çatdırıldı.

     Sonda şagirdlərlə  müzakirələr aparıldı.

     Seminarların təşkil olunmasında məqsəd məktəb liseydə  sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi