Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir

   Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar yuxarı sinif şagirdlərinin iştirakı ilə seminar təşkil olundu.

  “Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir” mövzusunda keçirilən seminar  məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva,psixoloq S.İsmayılova,UBR K.Muradova ,tarix fənn müəllimi F.Mehdiyeva,Hərbi rəhbər R.Şamidov tərəfindən təşkil olundu.

  Seminarda  ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verildi. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulandı.

 Seminarda ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı söylənildi.

 Şagirdlər Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər.

 Sonda  dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi