Yol hərəkəti qaydalarını öyrənirik və riayət edirik!

    Yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi,  şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə inklüziv təhsilin tətbiq olunduğu 3c sinfində” Yol hərəkəti qaydalarını öyrənirik və riayət edirik” mövzusunda tədbir keçirildi.

   Sinif müəllimi və korreksion pedaqoq tərəfindən təşkil olunan tədbirdə  yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi və yolda daha diqqətli olmaları tövsiyə olundu. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı,mövzu ilə bağlı videorolik nümayis olundu.
    Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirdilər,rəngarəng səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi