Birgə təhsil almaq hüququ

  İnklüziv təhsil uşaqların cəmiyyətdən təcrid olunmasının, davamlı olaraq ayrı-seçkiliyə məruz qalmasının aradan qaldırılması , uşaqların təhsil hüququnun tam təmin olunması,fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq  öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir. Layihə məktəb liseydə 2021-2022-ci tədris ilindən tətbiq olunur. İnklüziv təhsilin tətbiq edildiyi dörd ibtidai təhsil  sinfində şagirdlərimiz  təlim prosesində fəal  iştirak edir, kollektivlə işləməyi bacarır, cəmiyyətə inteqrasiya edir, özlərinə inam hissi artır, öz bacarıqlarını kəşf edirlər. Siniflərdəki ümumi ab-hava uşaqların bir-birinə qarşı daha qayğıkeş və məsuliyyətli olduğunu göstərir. Məktəbdə təhsil alan digər şagirdlər də xüsusi əlilliyi olan şəxslərə daha anlayışlıdırlar.

    Şagirdlərimizin   bacarıq və istedadlarının aşkar olunması və inkişaf etdirilməsi üçün  resus otağında da əlverişli mühit yaradılıb, müvafiq dəstəkverici avadanlıqlar, texnologiyalar, təlim vəsaitləri, bir çox faydalı məlumat və materiallar onların inkişafına müsbət təsir göstərir.

       Məktəb rəhbərliyi , sinif müəllimləri,korreksion pedaqoq tərəfindən   aparılan maarifləndirici söhbətlər , sosial çarxlarin nümayışi,qrup oyunları, şagirdlərin təqdimatı əlilliyə tibbi yanaşmanı  aradan qaldırır və sosial model ümumilikdə qəbul edilir.

   Müasir cəmiyyətdə ayrı seçkilik varsa belə cəmiyyət tam hesab edilə bilməz.İnklüziv cəmiyyətə  gedən yol məhz inklüziv təhsildən başlayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi