20 Yanvar faciəsinin 31-ci ildönümü

Azadlıq verilmir, alınır

Zaman ötür. İllər bir-birini əvəz edir. Zaman keçsə də 20 Yanvar faciəsi xalqın, millətin yaddaşında əbədi olaraq qalır. 20 Yanvar xalqımızın tarixində istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin oyanış günüdür.

Bu gün 246 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi 20 Yanvar şəhidlərini  qürur və fəxrlə yad etdi. Təqdim olunan videoçarxlarda şagirdlər 20 Yanvar şəhidlərinin Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlıq naminə öz canlarını qurban verdiklərini qeyd edərək Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklərini bildirdilər.

Müəllimlər 20 Yanvar faciəsinin tarixinə nəzər salaraq qeyd etdilər ki, 1990-cı il xalqın həmrəyliyi və birliyi necə idisə, 27 Sentyabrdan başlanan 44 günlük müharibə ərzində xalqımızın birliyi, həmrəyliyi, Müzəffər Ordumuzun əzmkarlığı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yeritdiyi siyasəti sayəsində Azərbaycanın bütöv olmasına, Qarabağımızın azadlığına qovuşmasına səbəb oldu.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi