Valideynin məktəbdə bir günü

13.12.2019-cu il tarixdə məktəb-liseydə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdilər. Layihənin həyata keçirilməsində məqsəd valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin etmək, müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühiti yaratmaqdır. Görüşdə məktəb-liseyin direktoru Nəbi Mahmudov müəllim-valideyn münasibətlərinin şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışdı və valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirməyin vacib olduğunu xüsusi vurğuladı.

Sonra valideynlər məktəb mühiti ilə tanış oldular. Onlar məktəbin fəaliyyəti, tədris prosesi barədə məlumat verildi. Valideynlərin iştirakı ilə dərslər dinlənildi.

Valideynlərin məktəb-liseylə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində  fikir mübadiləsi aparıldı. Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi