"Sabahın alimləri" müsabiqəsi

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” V Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.Üç gün davam edən müsabiqədə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılıb.Bu il məktəb 3 layihə ilə təqdim olunmuşdu: 9a sinif şagirdi Hacıyeva Nərgiz Biologiya nominasiyasında, 11k sinif şagirdi Səmədov Aydın Fizika –astronomiya nominasiyasında, 11b sinif şagirdi Gözəlov Ziya “Kompüter elmləri” nominasiyasında işlər təqdim etmişdirlər. Çox sevindirici haldır ki məktəbin 11k sinif şagirdi Səmədov Aydın təqdim etdiyi layihə Fizika-astronomiya nominasiyasında III yerin qalibi olmuşdur. Bu Aydının “Sabahın alimləri” müsabiqəsində ikinci nailiyyətidir. Aydını məktəb adından təbrik edir, ona bol uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi