Narkomaniyaya "YOX" deyək

       3 may 2024-cü il tarixində 245 nömrəli tam orta məktəbdə Xətai rayon İcra Hakimiyyətinin və Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Lamiyə Hüseynova, Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov, Xətai RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov, Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, Referans Klinikanın Psixoloqu Könül Telman qızı, məktəbin direktoru Arzu Azadəliyeva, məktəbin müəllim və şagirdləri və digər qonaqlar iştirak ediblər.

      Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

      Məktəbin IX sinif şagirdlərinin hazırladığı narkomaniyaya səbəb olan amillər və onların yaratdığı fəsadlardan bəhs olunan səhnəcik maraqla qarşılandı. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi