Dövlət Bayrağı muzeyinə ekskursiya

26.04.2025-ci il tarixində Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində sinif rəhbəri Xavər Rzayevanın rəhbərliyi ilə 5k sinif şagirdləri Dövlət Bayrağı muzeyinə ekskursiya ediblər.
Dövlət Bayrağı Meydanı ərazisində aparılan bərpa və yenidənqurma işlərindən sonra Bayraq Muzeyi yenilənmiş formada ziyarətçilərin istifadəsinə təqdim edilmişdir.
Muzeydə nümayiş olunan Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən eksponatlar, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin və xanlıqlarının dövlət rəmzləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dövlət rəmzlərinə, xüsusilə də Bayrağa münasibətdə ehtiram hissinin aşılanmasına xidmət edir.
Muzeydəki yeni Zəfər qalereyasında torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlər haqqında eksponatlar da nümayiş edilir.