"Friendship" adlı tədbir keçirilib

      Azərbaycan Dillər Universitetinin Xətai Rayonu 245 nömrəli tam orta məktəbində pedaqoji təcrübədə olan 418B, 419a, 419b və 424b grup tələbələri - İbrahimova Ləman, Mirzəyeva Şəbnəm, Abdullayeva Azərin, Quliyeva Aytən, Abıyeva Aysun, Mustafayeva Məleykə, Amanova Zəminəxanım, Babayeva Fahirə, Qurbanova Məryəm, Səfərova Dünya və ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Təhminə Əliyevanın rəhbərliyi ilə məktəbin 7a, 7b və 8f sinif şagirdlərinin iştirakı ilə "Friendship" adlı tədbir keçirilib. Tədbir sevimli nağıllarımızdan biri olan "Tıq-tıq xanım" əsasında hazırlanıb. Tədbirdə məktəbin direktoru Arzu Azadəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Raminə Əsgərova, uşaq birliyi rəhbəri Məsmə Nəcəfova, məktəbin psixoloqları Bağdagül Əkbərli və Nərmin Zeynalzadə və şagirdlər iştirak ediblər.

     Sonda məktəbin direktoru Arzu xanım Azadəliyeva tədbirlə bağlı fikirlərini bildirib və tədbirin təşkilində fərqlənən şagirdlərə və tədbiri təşkil edən təcrübəçi müəllimlərə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi