Heydər Əliyev adına Hərbi İnstitutunun rəsmiləri ilə tədbir keçirildi

29.04.2025-ci il tarixində Milli Müdafiə Universiteti nəznində Heydər Əliyev adına Hərbi İnstitutunun rəsmiləri Quru qoşunları və Ümumi fənlər kafedrasının rəis müavini polkovnik leytenant Bahadur Qənbərov və Xaricdə Təhsil alan və əcnəbi kursantlarla iş üzrə bölmə rəisi kapitan Əli Elşən oğlunun IX və XI sinif şagirdləri ilə görüşü keçirildi. Bu görüşdə Xətai rayon 86 nömrəli məktəbin şagirdləri də iştirak etdilər. Görüş olduqca maraqlı keçdi. Rəsmilər tərəfindən şagirdlərə təhsil müəssisəsi, qəbul şərtləri və müəllim heyəti haqqında ətraflı məlumat verildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.