"Zəfər Günü"nə həsr edilmiş açıq dərslər keçirilir

245 nömrəli tam orta məktəbin 6 c və 7 b siniflərində Azərbaycan dili və ədəbiyat müəllimi Könül Əhmədova, Məlahət Tağıyeva "Zəfər Günü"nə həsr edilmiş açıq dərslər keçirmişdir. Dərs zamanı şagirdlər müzəffər ordumuzun şücaəti, xalqımızın bir yumruq şəklində birləşməsi, torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi haqqında təqdimatlar nümayiş etdirib, həmçinin "Zəfər gününə" aid şeirlər səsləndirdilər.