“ İlin peşəkar gənci” müsabiqəsi

     Bu gün Azərbaycan Təhsil İşçiləri  Azad Həçkarlar İttifaqı tərəfindən təşkil olunmuş “ İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirildi. Müsabiqədə məktəbimizin ibtidai sinif müəllimi Günel Hümbətova da iştirak etmişdir. Günel Hümbətovanın işlədiyi müddət ərzində gördüyü işlər onu Xətai rayonu üzrə “ İlin peşəkar gənci “ adını qazandırdı. AHİK-nin sədri Səttar Möhbalıyev və Xətai rayon HİK sədri Maisə xanım “ İlin peşəkar gənci” olan Günel xanımı təbrik edərək ona Fəxri fərmanı təqdim etdilər. 245 ailəsi olaraq, başda məktəbin direktoru Arzu Azadəliyeva olmaqla kollektiv adından Günel Hümbətovanı təbrik edir, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi