Yeni il tədbiri

İbtidailərin təşkil etdiyi yeni il şənliyində bir-birindən maraqlı səhnəciklər, milli və əcnəbi rəqslər silsiləsi tədbirin ahənginə rəng qatmış, keçirilən şənliyi daha maraqlı etdi. Uşaqlar yeni ilə aid mahnılar səsləndirdilər. Hər sinif öz maraqlı nömrələrini nümayiş etdirdi. Məktəbin müdriyyəti Arzu Azadəliyeva tədbirin gedişatını sonacan izləyib sonda öz fikirlərini bölüşdü. Bu tədbiri hazırlayan müəllim-valideyn heyətinə, ibtidai sinif müəllimlərinə dərin təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.