Rəsm müsabiqəsində II yerə layiq görüldü15.02.2017-ci il tarixdə Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunmuş "Mən Qarabağı çəkirəm" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin 10b sinif şagirdi Əsgərova Əminə II yeri tutduğuna görə diplomla təltif olundu.
Taekvondo idman növü üzrə yarışın qalibi17.01.2017-ci il tarixdə 11a sinif şagirdi Əlizadə Məhəmməd İsmayıl oğlu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi taekvando üzrə Respublika birinciliyində 48 kq çəki dərəcəsində I yer tutduğuna görə diplom və medalla təltif olunmuşdur.
“Qılıncoynatma” yarışının qalibi8c sinif şagirdi Sadıqova Məryəm Fuad qızı 25-28 noyabr 2016-cı il tarixdə keçirilən qılıncoynatma üzrə Bakı şəhəri birinciliyində III yerə layiq görülmüşdür. O, Bakı şəhəri Gənclər və İdman idarəsi tərəfindən diplom və medalla təltif olunmuşdur.