Üçrəngli Bayrağım qürurumdur

8 noyabr tarixində məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Üçrəngli Bayrağım qürurumdur” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının səhnəyə gətirilməsi və Dövlət himnimizin səslənməsi ilə başlandı.

Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanmış videomateriallar nümayiş etdirildi. Məktəblilərin ifasında vətənə məhəbbət hissi aşılayan şeirlər söyləndi, mahnılar oxundu. Balaca rəqqaslar sinvolik olaraq “Bayraq” rəqsi ifa edərək hamını birlik rəmzi olaraq bayraq ətrafında topladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi