Respublika elmi konfransında sertifikata layiq görüldü

25 oktyabr tarixində Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransda məktəbimizin tarix müəllimi Yusifova Səbinə Əliheybət qızı “Dağlıq Qarabağ münaqişəsi-Cənubi Qafqazın əsas təhlükəsizlik problemi kimi; beynəlxalq, regional, yerli maraqlar və Azərbaycanın ərazi bütövlüyü məsələsi” mövzusunda çıxış etmişdir. Konfrans öz işini müvəffəqiyyətlə başa vurmuş və çıxış edən iştirakçılar xüsusi sertifikatla təltif olunmuşlar.